Alimlər 5G antennasından gələn radiasiyanın siçovulların beyin toxumasında dəyişikliklərə səbəb olduğunu aşkar ediblər.Tomsk Dövlət Universitetinin mütəxəssisləri müvafiq təcrübə aparıblar. Buna erkək Wistar siçovulları cəlb edildi - onların müxtəlif təsirlərə insanlara oxşar reaksiyaları var. Siçovullar 5 həftə ərzində radiasiyaya məruz qalıb ki, bu da insan ömrünün təxminən 4 ilinə uyğundur. Bu müddətdən sonra heyvanların beyinlərində "antioksidantların və prooksidantların nisbətində əhəmiyyətli dəyişiklik" baş verdiyi ortaya çıxdı. Alimlərin fikrincə, bunun hansı nəticələrə gətirib çıxara biləcəyi hələ aydın deyil: müsbət və ya mənfi.ÜST elektromaqnit çirklənməsinin potensial təhlükələrini qeyd etdi və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi radiotezlikli elektromaqnit sahələrini "mümkün" insan kanserogeni kimi təsnif etdi.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Ukraynanın gələcəyi üçün ərazi deyil, təhlükəsizlik zəmanəti əsas şərtdir
EBRD prezidenti: COP29-dan gözlənilən əsas nəticə yeni kollektiv kəmiyyət hədəfinə nail olmaqdır
SEPAH-ın baş komandanı yenidən İsraili hədələyib