AZ

"ECB “yaşıl maliyyə” sisteminin inkişafına dəstək verməyə çalışır" İren Heemskerk

Maliyyə sektorunun iqlim dəyişikliyinə qarşı mübarizədə oynayacağı rol olduqca əhəmiyyətlidir.

EDnews xəbər verir ki, bunu "Report"a açıqlamasında Avropa Mərkəzi Bankının (ECB) İqlim Dəyişikliyi Mərkəzinin rəhbəri İren Heemskerk deyib.

"Biz artıq iqlim risklərinin idarə edilməsinin vacibliyini dərk edirik. Bu risklərə fiziki risklər, hava dəyişiklikləri, təbii fəlakətlər və karbon sıfır iqtisadiyyata keçid ilə əlaqədar keçid riskləri daxildir. Maliyyə institutları bu risklərə qarşı daha hazırlıqlı olmalıdır", - deyə o bildirib.

İ. Heemskerk qeyd edib ki, ECB “yaşıl maliyyə” sisteminin inkişafına və karbon sıfır iqtisadiyyata keçidə dəstək verməyə çalışır: "Biz “yaşıl istiqraz”ları təşviq edirik və maliyyə bazarlarının iqlim məqsədlərinə uyğun tənzimlənməsini təmin etmək üçün çalışırıq".

Onun sözlərinə görə, xalis sıfır (net-zero) və təbiətə müsbət iqtisadiyyata keçid yalnız tənzimləyici çərçivələrdən asılı deyil, həm də özəl sektorun fəal iştirakını tələb edir: “Maliyyə sektorunun bu keçiddə qarşılaşdığı imkanlar çoxdur və biz bu imkanlardan yararlanmalıyıq. Yaşıl Maliyyə Sistemi Şəbəkəsinin (NGFS) bu sahədə gördüyü işlər çox önəmlidir. Biz NGFS-in təşəbbüslərini dəstəkləyir və maliyyə sektorunun bu istiqamətdə fəaliyyətini diqqətlə izləyirik. Maliyyə institutlarına tövsiyəm odur ki, iqlim dəyişikliyinə qarşı daha dayanıqlı strategiyalar hazırlasınlar və yaşıllaşdırılmış maliyyə alətlərini genişləndirsinlər. İqlim dəyişikliyi ilə mübarizədə maliyyə sektoru daha aktiv və dayanıqlı olmalıdır”.

Seçilən
12
2
ednews.net

3Mənbələr