Argentina prezidenti Xavyer Miley ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşən ilk xarici lider olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Associated Press" nəşri məlumatlı mənbəyə istinadən bildirib.
O qeyd edib ki, görüş cümə axşamı, noyabrın 14-də Trampın Floridadakı Mar-a-Laqo malikanəsində baş tutub və yaxşı keçib. Bildirilib ki, Miley amerikalı investorlarla da görüşüb.