AZ

Tramp İsrailə söz verdi: Ağ Evə daxil olacağı ilk gündə...

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp vəzifəyə başladığı ilk gündə İsrailə silah və döyüş texnikasının ötürülməsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldıracağına söz verib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası bildirilib.

Məlumata görə, prezident seçkilərindən sonra Trampla İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığında ABŞ-ın Tel-Əvivə silah transferlərinin gündəmə gətirildiyi qeyd edilib.

Danışıq zamanı Tramp Netanyahuya İsrailə silah və döyüş texnikasının ötürülməsinə qoyulan bütün məhdudiyyətləri və gecikmələri aradan qaldıracağına söz verdiyi bildirilib.

Qeyd olunur ki, ABŞ-da noyabrın 5-də keçirilən seçkilərdən sonra sonra Trampla Netanyahu üç dəfə telefonla danışıb.

Seçilən
10
publika.az

1Mənbələr