AZ

“Milliyə çağrılmamaq dünyanın sonu deyil” – Rüfət Abdullazadə

“Cavid Hüseynovla artıq məşqlərə start vermişik. Onun tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Hamımız əl-ələ verib bu vəziyyətdən çıxmalıyıq. Hər kəs daha yaxşı olacağına inanır. Cavid müəllimin komandaya ilk sözləri də belə oldu. O bildirdi ki, bütün futbolçulara, komandaya inanır. Bu vəziyyətdən mütləq çıxmalıyıq”.

Bu sözləri İdmanxeber.az saytına “Səbail”in futbolçusu Rüfət Abdullazadə Cavid Hüseynovun komandaya baş məşqçi təyin olunması barədə danışarkən deyib. O, Şahin Diniyevin vaxtındakı uğursuz gedişatın səbəblərindən danışmaq istəməyib:

“Məşqçilər barədə danışmaq istəmirəm. Bu, bizim işimiz deyil. Vəzifəmiz verilən tapşırıqları yerinə yetirməkdi. Komanda olaraq hazırkı durumun fərqindəyik. Hədəfimiz yalnız Premyer Liqada qalmaq deyil, həm də yaxşı oyun göstərməkdi Azarkeşlərimizi sevindirmək istəyirik. İstədiyimiz futbolu oynamağa heyətimiz imkan verir”. 

Abdullazadə milliyə dəvət almamasından da söz açıb. O, bu barədə belə danışıb:

“Hər futbolçu kimi mən də yığmaya dəvət almaq istəyirəm. Amma çağrılmamaq dünyanın sonu deyil. Bunun üçün öz üzərimdə daha çox işləməliyəm. Millidə davamlı oynamaq üçün çox çalışmalıyam. Özümü yığma üçün hazır hiss edirəm. Amma milli üçün yetərli olub-olmadığıma məşqçilər qərar verməlidi. Əminəm ki, çatışmayan cəhətlərimi aradan qaldırıb yığmaya dəvət alacam”.

Həsən Quluzadə

Seçilən
12
idmanxeber.az

1Mənbələr