AZ

Erlinq Holand Maradonanı geridə qoyub

Norveç millisinin futbolçusu Erlinq Holand tarixi uğura imza atıb.

İdman.biz xəbər verir ki, 24 yaşlı forvard buna Millətlər Liqasında Sloveniya ilə səfər matçında nail olub.

Holand millidə 38-ci oyunda 35-ci qolunu vurub. O, bununla da argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanı geridə qoyub. Cənubi amerikalı yığmada 91 matçda 34 qol vurmuşdu.

Norveçli bu mövsüm klub və milli səviyyəsində isə 21 oyunda 19 qol və 1 assistlə yadda qalıb.

Qeyd edək ki, Sloveniya – Norveç qarşılaşmasında qonaqlar 4:1 hesabı ilə qalib gəliblər.

İdman.biz

Seçilən
8
idman.biz

1Mənbələr