AZ

Papua Yeni Qvineyada 6,6 bal gücündə zəlzələ baş verib

Papua Yeni Qvineyada 6,6 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, yeraltı təkanların episentri 26,2 min nəfərin yaşadığı Kokopo şəhərindən (Yeni Britaniya adası) 99 km cənub-şərqdə yerləşib. Mənbə 58 km dərinlikdə yerləşirdi.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
20
ikisahil.az

1Mənbələr