Donald Tramp vəzifə səlahiyyətlərinə başlayacağı gün silah və döyüş texnikasının İsrailə ötürülməsinə qoyulan bütün məhdudiyyət və gecikmələri aradan qaldıracağına söz verib.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kanal12” televiziyası məlumat yayıb.
Məlumata görə, Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışıqlarının birində bu mövzuya toxunub.
Qeyd edək ki, ABŞ-da noyabrın 5-də keçirilən seçkilərin qalibi olan Tramp 2025-ci ilin yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq.