AZ

IRENA bərpa olunan enerji mənbələri sahəsində sürətləndirilmiş tərəfdaşlığa dair regional təşəbbüsə start verir

Bakı. Trend:

IRENA Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda və həmsədrlərləbirgə bərpa olunan enerji mənbələri (BEM) sahəsindəsürətləndirilmiş tərəfdaşlığa dair regional təşəbbüsə startverir.

Trend xəbər verir ki, bubarədə IRENA-nın ölkələrlə qarşılıqlı əməkdaşlıq üzrə direktoruGürbüz Gönül Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dairCOP29 investisiya forumunda bildirib.

“Keçən il BƏƏ-də COP28 çərçivəsində əldə olunan konsensussayəsində 2030-cu ilədək bərpa olunan enerji mənbələrindənistifadənin üç dəfə artırılması və enerji səmərəliliyinin iki dəfəartırılması məqsədilə qlobal enerji keçidinə güclü siyasi dəstəyinşahidi olduq. Bu, dünyada bərpa olunan enerji əsasında enerjikeçidini genişləndirmək üçün böyük bir təkan verir.

Bu iddialı məqsədləri yerli dəyər yaradan və enerji keçidinəəsaslanan yaşıl sənayeləşməni dəstəkləyən konkret proqram vəlayihələrə çevirmək vacibdir. Mərkəzi Asiya bu istiqamətdə böyükimkanlara malikdir, çünki region geniş və kifayət qədər istifadəedilməyən bərpa olunan enerji resurslarına sahibdir”, - deyə obildirib.

G.Gönül əlavə edib ki, region həmçinin enerji keçiditexnologiyaları üçün təbii resurslar və faydalı qazıntılarlazəngindir.

“Mərkəzi Asiya ölkələri konkret planlar hazırlayır və bərpaolunan enerji sahəsində hədəflərinə nail olmaq üçün fəaliyyətlərəbaşlayır. Onlar artıq bir sıra iri layihələr həyata keçirirlər vəya tamamlayıblar. Eyni zamanda, Azərbaycanın naziri tərəfindənAzərbaycan və Mərkəzi Asiya arasında enerji sistemlərinininteqrasiyasına dair əməkdaşlığın rəsmiləşdirilməsi barədə məlumatverildi. Bu, regionda və qonşu bölgələrdə bərpa olunan enerjiəsasında enerji keçidinə mühüm dəstək olacaq. Lakin bu məsələdəəsas məqam investisiyalar və maliyyədir.

Regionda sürətləndirilmiş enerji keçidinə dəstək üçünəhəmiyyətli daxili və beynəlxalq investisiyalar tələb olunacaq. Bubaxımdan, biz həmsədrlərlə birgə və Mərkəzi Asiya ölkələri iləəməkdaşlıqda bu təşəbbüsü başladığımıza şadıq”, - deyə ovurğulayıb.

G.Gönül qeyd edib ki, bu, Mərkəzi Asiyada bərpa olunan enerjisahəsində sürətləndirilmiş tərəfdaşlığa dair flaqman regionaltəşəbbüsdür.

“Biz bu təşəbbüsü APRECA adlandırırıq və onun əsas məqsədiMərkəzi Asiyaya bərpa olunan enerji sahəsində hədəflərinə çatmaq,enerji təhlükəsizliyini artırmaq və qlobal iqlim və dayanıqlıinkişaf məqsədlərinə töhfə verməkdə dəstək olmaqdır. Biz butəşəbbüsü nəticəyönümlü, yüksək effektiv tərəfdaşlıq kimi görürükvə onun regionda enerji keçidini sürətləndirməyə yardım edəcəyinəinanırıq.

Biz üç əsas aspektə diqqət yetirəcəyik: birincisi, bərpa olunanenerji əsasında enerji keçidinə investisiyaların necəsürətləndirilə biləcəyini müəyyən etmək. İkincisi, bərpa olunanenerji ticarətini dəstəkləmək üçün regional əlaqələringücləndirilməsi. Üçüncüsü, sosial-iqtisadi ölçülərin analizi vəiqtisadi artım, yaşıl sənayeləşmə və iş yerlərinin yaradılması iləfaydaların maksimumlaşdırılmasıdır.

Bizim fəaliyyətimiz dörd əsas istiqamətdə cəmlənəcək. Birinciistiqamət infrastrukturla bağlıdır. İnfrastruktur, IRENA-nınfikrincə, enerji keçidinin sürətləndirilməsi üçün əsas maneələrdənbiridir. Enerji sistemlərinin şəbəkələri və elastikliyinə dairkonkret tədbirlər tələb olunur. İkinci istiqamət siyasət,tənzimləmə və institusional bazadır: bərpa olunan enerjiyəinvestisiya mühitinin yaxşılaşdırılması, özəl sektorun enerjikeçidində iştirakının gücləndirilməsi və əlçatan maliyyələşmətəminatı. Nəhayət, yerli dəyər yaradılması və yaşıl sənayeləşməbütün hökumətlərin prioritetidir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
12
2
az.trend.az

10Mənbələr