AZ

Qırğızıstan Azərbaycanın "yaşıl" enerji dəhlizlərinin yaradılması təşəbbüsünü dəstəkləməyə hazırdır

Bakı. Trend:

Qırğızıstan Azərbaycanın "yaşıl" enerji dəhlizlərininyaradılması təşəbbüsünü dəstəkləməyə hazırdır.

Trend xəbər verir ki, bubarədə Qırğızıstanın energetika naziri Taalaybek İbrayev COP29çərçivəsində Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dairİnvestisiya Forumunda bildirib.

"Biz Azərbaycan tərəfinin yaşıl enerji dəhlizlərininyaradılması, təmiz enerjinin saxlanılması texnologiyalarınıninkişafı, vahid fəaliyyət planının hazırlanması və iqlimmaliyyələşdirilməsinin gücləndirilməsi təşəbbüsünü dəstəkləməyəhazırıq", - deyə nazir bildirib.

T.İbrayev vurğulayıb ki, Azərbaycan və Qırğızıstan uzun illərəsöykənən möhkəm münasibətlər, strateji əməkdaşlıq və tərəfdaşlıq, ocümlədən enerji sahəsində əməkdaşlıqla bağlıdır.

"Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizə və texnologiyalarsahəsində qabaqcıl təcrübəyə və təşəbbüslərə malikdir. Əminəm ki,iqlim sammitində müzakirə olunan məsələlər tezliklə nəticələrverəcək və yaşıl enerjiyə keçidi sürətləndirəcək", - deyə nazirqeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
6
2
az.trend.az

3Mənbələr