AZ

Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq müzakirə olunub

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 14-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştaynerlə görüşüb.

Bu barədə "EDnews"-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Bakıda keçirilən COP29-un iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayacağına əminlik ifadə olunub.

Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması istiqamətində işbirliyi, birgə həyata keçirilən layihələr nəzərdən keçirilib, ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.

Seçilən
13
5
ednews.net

6Mənbələr