AZ

SON DƏQİQƏ! Trampın ətrafına ermənipərəstlər DOLUŞDU – ABŞ prezidenti ermənilərə MÜHARİBƏ VƏDİ verib?

Gələcək Tramp administrasiyası çox sürətlə formalaşır. Burada ermənipərəst fiqurlar da var. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni ekspert Suren Sərkisyan öz Facebook səhifəsində yazıb.

“Dövlət katibi vəzifəsinə namizəd Çinə qarşı sərt mövqenin tərəfdarlarından biri olan senator Marko Rubiodur. Rubionun erməni icması və təşkilatları ilə yaxşı əlaqələri var. O, vaxtilə Türkiyə və Azərbaycana qarşı sərt siyasətin tərəfdarı olduğunu dəfələrlə dilə gətirib.

Müdafiə naziri postuna namizəd Yaxın Şərqdə İsrailyönlü siyasətin tərəfdarı olan və İrana qarşı sərt münasibət bəsləyən Pit Heqsetdir.

Con Ratkliff Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edəcək. O da Çinə qarşı sərt xəttin tərəfdarı sayılır.

Ən ermənipərəst şəxs Tulsi Qabbard Milli Kəşfiyyata rəhbərlik edəcək. O, faktiki olaraq 18 kəşfiyyat orqanına rəhbərlik edir və onların işini koordinasiya edir.
Ermənipərəst Robert Kennedi, çox güman ki, Səhiyyə Departamentinə rəhbərlik edəcək.

“Beləliklə erməni icması, erməni təşkilatları, lobbiçiləri və kilsəsi üçün yeni üfüqlər açılır”, - deyə Sərkisyan qeyd edib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Real Partiyasının sədri Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

Seçilən
19
musavat.com

1Mənbələr