“Apple” Böyük Britaniyada 3,8 milyard dollarlıq iddia ilə üzləşib.

İndex.az xəbər verir ki, istehlakçılardan bulud saxlama xidmətləri üçün yüksək qiymətlər tələb etdiyi və monopoliya yaratdığı səbəbiylə “Apple”ə qarşı İngiltərədə 3,8 milyard dollar dəyərində iddia qaldırılıb.

Əgər iş istehlakçıların xeyrinə yekunlaşarsa, “Apple” hər bir müştəriyə təxminən 70 funt sterlinq təzminat ödəməli ola bilər.

40 milyon insanı əhatə edən iş bu istehlakçıların 2015-ci ilin oktyabr ayından etibarən “Apple”in “iCloud” saxlama xidmətlərindən istifadə etdiyi və ödəniş etdiyi dövrü əhatə edir.