Okeaniya ölkəsi Papua-Yeni Qvineyada 6,6 bal gücündə zəlzələ baş verib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamada 6,6 bal gücündə zəlzələnin episentrinin ölkənin şərqindəki Yeni Britaniya adasında yerləşən Kokopo şəhəri sahillərində olduğu bildirilib.
Təxminən 51 kilometr dərinlikdə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
İlkin məlumatlara görə, zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.
Papua-Yeni Qvineya Sakit Okeanın odlu qövsündə yerləşir, burada dünyanın əksər zəlzələləri və vulkanik fəaliyyətləri baş verir.