AZ

Yaşıl İslam Maliyyəsi həftəsi çərçivəsində “İslam Maliyyə Forumu – 2024” forumu keçirib - FOTOLAR

2024-cü il, 13 noyabrda Bakı KOB evndə İslam Maliyyəsi Qurumları üçün Mühasibat Uçotu və Audit Təşkilatı (AAOIFI), Türkiyə İştirakçı Banklar Birliyi (TKBB), İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) təşkilatçılığı ilə Yaşıl İslam Maliyyəsi həftəsi çərçivəsində “İslam Maliyyə Forumu – 2024” forumu keçirib.

QHT.az xəbər verir ki, tədbirə millət vəkili Ceyhun Məmmədovun açılış nitqiylə başlanılıb. Tədbir iki paneldə təşkil olunub. I panelin  moderatoru Bəhreyndən AAOİFİ-nin baş meneceri Mughees Shaukat idi. Spikerlər Dubaydan islam maliyyəsi üzrə ekspert Sohail Zubairi “İslam maliyyəsinə ümumi baxış” və Türkiyədən TKBB- nin Baş katibin müavini Fatma Çinar “ İslam maliyyəsi çərçivəsində Türkiyə təcrübəsində son islahatlar” mövzularında çıxış ediblər.

II panelin spikerləri  İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri phd Ruslan Atakişiyev və  İslam Bankçılığı üzrə ekspert Anar Yusufzadə  idi. Tədbir çox böyük marağa səbəb olmuşdur. 100-ə yaxın sahibkar, elm nümayəndəsi və tələbə iştirak edib.

Sonda suallar cavablandırılıb, xatirə şəkli çəkilib.

 

Seçilən
18
qht.az

1Mənbələr