18 noyabr 2024-cü il tarixindən Bakıda bir sıra marşrutların fəaliyyəti bərpa ediləcək.
Oxu24.com xəbər verir ki, 2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkət sxemləri bərpa olunacaq.
Qeyd edilib ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi həyata keçiriləcək.