AZ

Ziyafət faciə ilə bitdi – Tanışına 10 bıçaq zərbəsi vurdu

Rusiyada Petrozavodskda faciə ilə bitən ziyafətdə 51 yaşlı qadın tanışı olduğu kişiyə 10 bıçaq zərbəsi vurub.

Medianews.az “Daily”ə istinadən xəbər verir ki, hadisə tərəflər arasındakı mübahisə nəticəsində baş verib.

Evində ziyafət verən qadın iki qonağı dəvət edib. Lakin içki içdikdən sonra qadın tanışı ilə mübahisə etməyə başlayıb. Bir anda o, bıçaq götürüb və kişinin boynuna, bədəninə və qoluna 10 zərbə endirib. Həmin an qadının rəfiqəsi gəlib və təcili yardım çağırıb.

Həkimlər zərərçəkənin həyatını xilas edə biliblər. Qadın saxlanılaraq istintaqa təhvil verilib. O, günahını qismən etiraf etsə də, bu, məhkəmənin qərarına təsir etməyib.  İndi o, altı il üç ayını ümumi rejimli koloniyada keçirəcək.

Seçilən
21
medianews.az

1Mənbələr