AZ

Dünyanın istiləşməsinə sən necə töhvə verə bilərsən?

Tez-tez, xüsusi ilə də Cop29 həftəsində "net zero", "xalis sıfır" kimi ifadələr eşidir və bunun nə demək olduğunu bilmirsinizsə, əməkdaşımız İlkin Həsənov sizin üçün izah edir.

Riyazi mənasına fikir verməyin. Sıfır, bəlkə də heç vaxt bu qədər dəyərli olmayıb! Nəyi isə sıfırlamaq heç vaxt belə müsbət təsir göstərməyib! Bəli, bu, COP29 tədbirinin, dünyanın çatmaq istədiyi hədəfdir.

“Net zero və ya xalis sıfır” insanın yaratdığı istixana qazının miqdarının, yerin təbii yolla uda bildiyi istixana qazının miqdarı ilə bərabərləşdirilməsi deməkdir.

İstixana qazlarına karbon qazı (CO2) və metan daxildir. Evlərdə, fabriklərdə və nəqliyyatda neft, qaz və kömür yandırıldıqda CO2 ayrılır.

Dünyamızı isidən qazları azaltmaq əsas hökumətlərin işi olsa da, biz də fərdlər olaraq xalis sıfıra çatmaqda öz payımıza düşəni edə bilərik.

Məsələn, təyyarədən daha az istifadə edə bilərik. Desəniz ki, indi Azərbaycanda quru sərhədlər bağlıdır, yeganə çıxış yolu təyyarədir, buna cavabım yoxdur, ona görə də, keçək ikinci bəndə.

Enerji istifadəsini azalda bilərik. Evlərimizin, ofislərimizin istiliyini səmərəli istifadə edə bilərik. Elektrik avtomobillər sürə bilərik. Qaz ilə olan mərkəzi isitmə sistemini elektrik ilə əvəz edə bilərik .

Az qırmızı ət yeyə bilərik. BMT bildiriir ki, qlobal istixana qazı emissiyalarının 25 faizi kənd təsərrüfatından qaynaqlanır ki, burada heyvandarlıq ən çox rola malikdir.

İqlim məsləhətçiləri planeti qorumaq üçün hamını daha az qırmızı ət yeməyə çağırır.

Videonu YouTube kanalımızda izləyin.

Seçilən
8
bbc.com

1Mənbələr