AZ

"Yaşıl artım" portalı təqdim edilib

Bakı.Trend:

İqtisadiyyat Nazirliyinin və Harvard Universitetinin İnkişafMərkəzinin birgə layihəsi olan “Yaşıl artım” portalının təqdimatıkeçirilib.

Trend xəbər verir ki, bunuCOP29 tədbiri zamanı jurnalistlərə açıqlamasında İqtisadiyyatNazirliyinin şöbə müdiri Hüseyn Hüseynov deyib.

O bildirib ki, portal tək Azərbaycan üçün deyil, qlobaləhəmiyyət kəsb edir.

“Portalda 120-dən çox ölkənin yaşıl inkişafa dairgöstəricilərinin göstərilməsi nəzərdə tutulub. Bu portal Azərbaycandövlətinin maliyyəsi ilə ərsəyə gəlib”, - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
8
5
az.trend.az

6Mənbələr