AZ

2030-cu ilə qədər Özbəkistanda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı ən azı 40 faiz təşkil edəcək - Nazir müavini

Bakı. Trend:

2030-cu ilə qədər Özbəkistanda bərpa olunan enerji mənbələrindənelektrik enerjisi istehsalı ən azı 40 faiz təşkil edəcək.

Trend xəbər verir ki, bunuÖzbəkistanın energetika nazirinin müavini Ümid Mamadaminov MərkəziAsiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinintəşviqi üzrə Nazirlər Dialoqu zamanı bildirib.

“Özbəkistan yüksək enerji istehlakına malik bir ölkədir.Emissiyaların 70 faizi enerji sektorunun payına düşür. İqlimdəyişiklikləri probleminin vacibliyini anlayırıq və son illərdəÖzbəkistan karbon izini azaltmaq və dayanıqlı inkişaf məqsədlərinənail olmaq üçün bərpa olunan enerji mənbələrinin inteqrasiyasıüzərində fəal işləyir”, - deyə o bildirib.

Onun sözlərinə görə, ölkə bərpa olunan enerji payını artırmaqməqsədini qarşısına qoyub. Enerji sektorunun keçidində qonşuölkələrlə əməkdaşlıq, transsərhəd əlaqələrin gücləndirilməsivacibdir. Bu, xüsusilə dəyişkən enerji mənbələrinin şəbəkələrəinteqrasiyası zamanı mühüm əhəmiyyət kəsb edir. Bütün regionunresurslarından istifadə etmək lazımdır.

“Qazaxıstan, Tacikistan və Qırğızıstan hidroenerji potensialınamalik zəngin su resurslarına malikdir. Biz artıq Qırğızıstanınhidroenerji potensialını inkişaf etdirmək üçün Tacikistan vəQazaxıstan ilə sıx əməkdaşlığa başlamışıq. Xüsusilə Kambarata SESlayihəsi çərçivəsində və Tacikistan ilə bir çox hidroenerjilayihələri həyata keçirilir”, - deyə Ü.Mamadaminov vurğulayıb.

O, Paris Sazişinin 6-cı maddəsinin Mərkəzi Asiya ölkələrinəkarbon layihələrinə investisiya cəlb etmək və karbon bazarlarınıyaratmaq üçün əlavə imkanlar yaratdığını qeyd edib

“Hazırda Mərkəzi Asiya ölkələrinin hamısı karbon bazarlarınadair strategiyalarını hazırlayır və zəruri normativ-hüquqi bazanıformalaşdırır. Bu ilin sonuna qədər biz öz karbon bazarlarıstrategiyamızı hazırlamağı və normativ-hüquqi bazanı yaratmağıplanlaşdırırıq ki, bu da özəl sektor üçün əlavə imkanlaryaradacaq”, - deyə o bildirib.

Ü.Mamadaminov əlavə edib ki, bu vəzifələrin həyata keçirilməsiüçün maliyyə institutlarının və beynəlxalq ictimaiyyətinstrategiyaların hazırlanmasında və etibarlı normativ-hüquqi bazanınyaradılmasında dəstəyi vacibdir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
17
1
az.trend.az

2Mənbələr