AZ

Fatih Birol: "2030-cu ilə qədər qlobal enerji tutumu 2,7 dəfə artacaq"

COP29 çərçivəsində keçirilən Enerji, Sülh, Yardım və Bərpa Gününü bu gün enerji dünyasının üzləşdiyi əsas çağırışlara cavab verəcək şəkildə qeyd edirəm.

"Cebheinfo.az" xəbər veriri ki, bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol COP29 çərçivəsində COP29 Enerji Təşəbbüsləri üzrə Nazirlər Toplantısı (Qlobal Enerji Saxlama və Şəbəkələr Müddəasının işə salınması) mövzusunda baş tutan planer sessiyada deyib.

Fatih Birol qeyd edib ki, COP28 öz nəticələri baxımından enerji dünyası üçün əlamətdar hadisə olub: "Nəticələrdən biri, 2030-cu ilə qədər bərpa olunan enerji potensialının azaldılması və enerji səmərəliliyinin iki dəfə artırılması BEA-nın çox işlədiyi və COP28 üçün masaya qoyduğu nəticələr idi. Təhlilimizə görə, konservativ şəkildə indidən 2030-cu ilə qədər qlobal enerji tutumu 2,7 dəfə artacaq. Görmək istədiyimiz kimi tam üç dəfə olmasa da, ona çox yaxındır. Biz getdikcə daha çox bərpa olunan mənbələri görmək istəyirik. Bacardıqca inkişafları dəstəkləməkdən və izləməkdən məmnunuq”.

"Cebheinfo.az"

Seçilən
7
2
cebheinfo.az

3Mənbələr