Bu gün Bakı Limanı ilə “Citaglobal” şirkətinin törəməsi olan “Tiza Green Energy” ilə 5,4 MVt gücündə günəş enerjisi ilə işləyən fotovoltaik (PV) qurğusunun inşası üçün çərçivə müqaviləsi imzalayıb.
Demokrat.az xəbər verir ki, müqaviləni Bakı Limanının baş direktoru Taleh Ziyadov və “Tiza Green Energy”nin prezidenti və icraçı direktoru Norza Zakari imzalayıblar.
Bakı Limanının baş direktoru Taleh Ziyadov bildirib ki, limanda 5,4 MVt gücündə günəş fotovoltaik qurğusunun istifadəyə verilməsi Azərbaycanın təmiz enerjiyə keçidində irəliyə doğru mühüm addımdır. Onun sözlərinə görə, “Tiza Green Energy”, “Citaglobal”ın istehsalı olan BESS qurğusunu yerləşdirəcək və bu, limana istehsal olunan günəş enerjisinin bir qisminin liman ehtiyacları üçün istifadə etməyə, qalan hissəsinin isə BESS sistemində saxlanmasını və ehtiyac yarandıqdan sonra istifadə olunmasını mümkün edəcək.
“2019-cu ildən bəri Xəzər regionunda ilk Yaşıl Liman statusunu alaraq ətraf mühitə təsirimizi minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirmişik. Strategiyamız 2035-ci ilə qədər sıfır karbon emissiyasına (net-zero emission) nail olmaqdır və mən əminəm ki, “Tiza Green Energy” ilə tərəfdaşlığımız bizi dayanıqlı təcrübələrdə lider kimi mövqeləndirəcək və limanda CO2 emissiyalarımızı əhəmiyyətli dərəcədə azaldacaq. Günəş enerjisi və BESS texnologiyasının inteqrasiyası həm iqtisadi, həm də ətraf mühitin mühafizəsi üzrə öhdəliyimizi gücləndirərək, enerji idarəçiliyi üzrə böyük imkanlar yaradacaq. Bu, günəş enerjisi ilə inteqrasiya olunmuş Batareya Enerji Saxlama Sisteminin (BESS) ölkə ərazisində ilk tətbiqi olacaq”, - deyə T.Ziyadov bildirib.
Limanın direktoru əlavə edib ki, layihə tamamlandıqdan sonra limanda karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpaolunan mənbələrdən istifadə vasitəsilə enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş Bakı Limanının Yaşıl Liman sahəsindəki statusuna töhfə verəcək. Onun sözlərinə görə, bununla də ənənəvi şəbəkə enerjisindən asılılıq azalacaq. Müqaviləyə əsasən liman ərazisində olan binaların damlarında günəş panelləri qurulacaq.
“Tiza Green Energy”nin prezidenti və icraçı direktoru Norza Zakari isə qeyd edib ki, bu müqavilə günəş enerjisi və BESS texnologiyasını mükəmməl şəkildə birləşdirən innovativ həll yolu ilə Azərbaycanın bərpaolunan enerji sahəsinin irəliləyişində mühüm mərhələdir: “Tətbiq etdiyimiz həll, Bakı Limanında təmiz enerji istifadəsini artırmaqla yanaşı davamlı, sərfəli enerji həllərinə də töhfə verəcək”.
10Mənbələr
-
1news.azBakı Limanı və “Tiza Green Energy” şirkəti Azərbaycanda günəş enerjisi ilə BESS sisteminin inteqrasiya olunduğu ilk layihəyə start verib - FOTO ( 13063126)
-
qaziler.azBakı Limanı və “Tiza Green Energy” günəş enerjisi ilə bağlı layihəyə start verib ( 13054870)
-
fed.azBakı Limanı və “Tiza Green Energy” günəş enerjisi ilə bağlı layihəyə start verib ( 13051780)
-
manset.azBakı Limanı günəş enerjisi ilə BESS sisteminin inteqrasiya olunduğu ilk layihəyə start verdi - FOTO ( 13049419)
-
marja.azBakı Limanı və “Tiza Green Energy” günəş enerjisi ilə bağlı layihəyə start verib ( 13048603)
-
xalqcebhesi.azBakı Limanı və “Tiza Green Energy” günəş enerjisi ilə bağlı layihəyə start verib ( 13048519)
-
apa.azBakı Limanı və “Tiza Green Energy” günəş enerjisi ilə bağlı layihəyə start verib ( 13048159)
-
apa.azBakı Limanı və “Tiza Green Energy” günəş enerjisi bağlı layihəyə start verib ( 13048102)
-
turkic.worldBakı Limanında günəş enerjisi ilə işləyən fotovoltaik qurğunun inşası üçün müqavilə imzalandı ( 13046473)
-
demokrat.azBakı Limanında günəş enerjisi ilə işləyən fotovoltaik qurğunun inşası üçün müqavilə imzalanıb ( 13043485)