AZ

Enerji keçidi yeni texnologiyaların tətbiqi olmadan mümkün deyil - Qazaxıstanın energetika nazirinin müavini

Bakı. Trend:

Enerji keçidi yeni texnologiyaların tətbiqi olmadan mümkündeyil.

Trend xəbər verir ki, bunuQazaxıstanın energetika nazirinin müavini İlyas Bakıtcan MərkəziAsiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinintəşviqi üzrə Nazirlər Dialoqu zamanı bildirib.

“Texnoloji amillərdən bəhs etmək vacibdir, çünki enerji keçidiən yaxşı mövcud texnologiyalar da daxil olmaqla, yenitexnologiyaların tətbiqi olmadan mümkün deyil.

Bu baxımdan, enerji sahəsində modernizasiya üzrə millilayihələrimizdə Qazaxıstanın sənaye potensialını, həmçinin,innovasiyaların dəstəklənməsini və texnologiyaların transferininəzərə alırıq. Karbon neytrallığına nail olmaq iqtisadiyyatımızınvacib bir hissəsidir və biz ümumilikdə, COP29-un təşkilatçısı olanAzərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsləri dəstəkləyirik.Ümumilikdə, niyyətlərimiz imzalanmış sənədlərlə təsdiqlənir”, -İlyas Bakıtcan vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
14
az.trend.az

1Mənbələr