AZ

Aparıcının qızı atasının polis tərəfindən saxlanıldığı gündən danışıb - FOTO

Aparıcının qızı atasının polis tərəfindən saxlanıldığı gündən danışıb - FOTO"Qanunsuz mərc oynamağa təhrik" istintaqı çərçivəsində saxlanılan müğənni Serdar Ortaç və aparıcı Mehmet Ali Erbil haqqında "ev dustaqlığı" qərarı çıxarılıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu qərara "şübhələrdən qaçmaq" səbəbi ilə etiraz etsə də, 15-ci Asliye Cəza Məhkəməsi prokurorun tələbini rədd edib.

Mehmet Ali Erbil istintaqa cəlb olunan videoların xatirə kimi çəkildiyini və xəbəri olmadan paylaşıldığını bildirib.

Bu günlərdə Erbil yalnız məzuniyyətdə olanda xəstəxanaya gedə bilir.

Digər tərəfdən məşhur aparıcının qızı Yasmin Erbil atasının başına gələnlərdən ilk dəfə danışıb. Jurnalın "Aramızda kalmasın" proqramına danışan Ərbil, "Çox qorxdum. Həqiqətən də keçirdiyim ən qorxulu gün idi. Allah bir daha yaşatmasın. Atam çox təəssüflənir. Bir daha belə bir şey olmasın" - dedi.

Vüsalə İbrahimli

Aparıcının qızı atasının polis tərəfindən saxlanıldığı gündən danışıb - FOTO

Seçilən
4
sonxeber.az

1Mənbələr