AZ

“Manatlıq” taksilərdən şikayət - “Maşınları cızırdılar, əzirdilər...”

"Əhmədli" metrostansiyasının qarşısında "manatlıq" kimi adlandırılan taksilər avtobus sürücüləri və sərnişinlər üçün problem yaradır.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, sözügedən taksilər dayanacağa daxil olaraq sərnişin düşürüb-mindirirlər.

Avtobus sürücüləri bildirirlər ki, xüsusilə sübh tezdən və günün pik saatlarında burada taksi sürücülərinin əlindən avtobus dayanacağına girmək çətin olur.

Sürücülərin sözlərinə görə, bəzən burda cərimələr yazılır deyə, taksilər saxlamır, amma bir müddət sonra yenə də eyni vəziyyət davam edir. Həmçinin sərnişinlər də belə halın onlara narahtlıq yaratdığını deyirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol polisi İdarəsindən bildirilib ki, inzibati xətalar məcəlləsinin 346.8-ci maddəsinə əssasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin zolağında dayanmağa və durmağa görə 2 bal və 100 manat məbləğində cərimə tətbiq olunur.

Seçilən
4
14
musavat.com

10Mənbələr