AZ

Qazaxıstan 2030-cu ilə qədər enerji sistemində bərpa olunan enerjinin payını 15 faizə çatdırmağı planlaşdırır

Bakı. Trend:

Qazaxıstan 2030-cu ilə qədər enerji sistemində bərpa olunanenerjinin payını 15 faizə, 2050-ci ilə qədər isə 50 faizəçatdırmağı planlaşdırır.

Trend xəbər verir ki, bunuQazaxıstanın energetika nazirinin müavini İlyas Bakıtcan MərkəziAsiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinintəşviqi üzrə Nazirlər Dialoqu zamanı bildirib.

“Ümumilikdə, Paris Sazişinin qlobal iqlim gündəliyini nəzərəalaraq, Qazaxıstan 2030-cu ilə qədər enerji sistemində bərpa olunanenerjinin payını 15 faizə çatdırmağı planlaşdırır. 2050-ci iləqədər bu göstərici 50 faizə yüksəlməlidir. Hal-hazırda bu göstərici6 faizdir.

Qazaxıstan inkişaf edən iqtisadiyyata malik ölkədir. Buna görədə, əhali və iqtisadiyyat tərəfindən elektrik enerjisi istehlakınınartımını nəzərə alaraq, qarşımızda yeni enerji güclərininistifadəyə verilməsi vəzifəsi dayanır. 2035-ci ilə qədərki enerjibalansına əsasən, ümumilikdə 26 giqavat gücündə elektrikenerjisinin istifadəyə verilməsi planlaşdırılır ki, burada bərpaolunan enerji mənbələrinin payı 25 faiz təşkil etməlidir. Bizədalətli enerji keçidi konsepsiyasına xüsusi diqqət yetiririk.

Hazırda ölkədə xalqımızın rifahını izləmək və real göstəricilərəldə etmək üçün "ailə xəritəsi" kimi layihələr həyata keçirilir.Eyni zamanda, energetika sahəsində islahatların biznes və əhaliüçün tariflərin artımına səbəb olacağını nəzərə alaraq, yenigüclərin istifadəyə verilməsinə və investisiyaların cəlb edilməsinəxüsusilə balanslaşdırılmış və iqtisadi hesablamalara əsaslananyanaşma tətbiq edirik”, - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
5
az.trend.az

1Mənbələr