Bakı,TurkicWorld
Zaqreb, BAYKAR tərəfindən istehsal olunan Bayraktar TB2 PUA (Silahlı Pilotsuz Uçuş Aparatı) təmin etmək qərarına gəldi.
TurkicWorld xəbər verir ki, bir müddətdir silahlı qüvvələrinin modernləşdirilməsi üzərində çalışan Xorvatiya, davam edən danışıqlar nəticəsində Türkiyədən Bayraktar TB2 almağa qərar verib .
Balkan ölkəsi 2026-cı ilə qədər Türkiyədən 91 milyon dollarlıq büdcə ilə altı ədəd Bayraktar TB2 PUA alacaq.
PUA-larla yanaşı, BAYKAR tərəfindən Zaqrebə rabitə terminalları, komanda-nəzarət sistemləri və əlavə avadanlıqlar gətiriləcək.
Qeyd edək ki, oktyabr ayında Türkiyədə keçirilən SAHA EXPO Müdafiə, Aviasiya və Kosmos Sərgisi zamanı BAYKAR, Xorvatiyada yerləşən ORQA şirkəti ilə ORQA istehsalı olan FPV Dronlarının Bayraktar TB2 PUA-ya inteqrasiyası üçün əməkdaşlıq müqaviləsi imzalayıb.