Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Kazım Məmmədov bir neçə döyüşdə şücaətlə iştirak edərək 1991-ci ilin 15 noyabr tarixində ermənilərin Xocavənd rayonunun Dərəkənd kəndinə hücumu zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
QHT.az xəbər verir ki, 1969-cu il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1988-ci ildə ordu sıralarına çağırılıb və 1990-cı ildə Çelyabinsk şəhərində xidmətini başa vurub. Erməni işğalçı qüvvələrinin torpaqlarımıza hücumlarından narahatlıq hissi keçirən Kazım Məmmədov 1991-ci ildə Cəbrayıl rayonu Daxili İşlər Şöbəsində polis nəfəri kimi işə daxil olub və cəbhə bölgəsində xidmət etməyə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Məmmədov Kazım Ərşad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunub.
Ruhu şad olsun!