AZ

Polisi dişləyən hərbçiyə 5 il iş kəsildi

Rusiyada maraqlı cinayət hadisəsi baş verib.

Yerli medianın yaydığı məlumata görə, Tomskda qarnizon hərbi məhkəməsi Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsinə hücum edən hərbçiyə hökm elan edib. İkinci Şərq Dairə Hərbi Məhkəməsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, hadisə xəstəxanada baş verib. 

"İş materiallarına görə, hərbçi tibb müəssisəsinin palatasında olan polis əməkdaşının qanuni tələblərinə tabe olmaq istəməyərək ona hücum edib. Təcavüzkar asayiş keşikçisinin əlini turist bıçağı ilə kəsib, sonra isə onu saxlamaq istəyən polisin qolundan dişləyib", - məlumatda qeyd edilib.

Məhkəmənin hökmü ilə həmin şəxs cəzasını ciddi rejimli koloniyada çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Tural

Seçilən
20
news365.az

1Mənbələr