AZ

Əfsanəvi film yenidən ekranlarda: Qladiator döyüşləri təşkil olunacaq

5 kateqoriyada "Oskar" mükafatına layiq görülən “Qladiator” filminin ikinci hissəsi bu gündən etibarən müxtəlif dillərdə kinoteatrlarda nümayiş olununur.


Modern.az xəbər verir ki, Azərbaycanda daxil olmaqla filmin ikinci hissəsi böyük maraqla qarşılanıb.

 

Ridli Skotun 2000-ci ildə çəkdiyi, Rassel Krou baş rolda oynadığı filmin birinci hissəsi 119 mükafata namizəd olaraq təqdim edilib və mükafatların 48-ni qazanıb. Ekran əsəri "ən yaxşı 250 film siyahısı"na daxil edilib.


Filmin əsas mövzusu "Maksimus" adlı Roma generalının intiqam hirsinin ətrafında cərəyan edir. Maksimus, Roma İmperatoru Markus Areliusun ən etibarlı komandiri olub, lakin imperatorun ölümündən sonra, oğlu Kommodus taxtı ələ keçirir və generala xəyanət edərək öldürtməyə çalışır. Maksimus ağır yaralar alaraq sağ qalsa da, ailəsi öldürülən general kölə kimi tutulub arenada qladiator olaraq döyüşməyə məcbur edilir.
Maksimusun əsas məqsədi ailəsinin intiqamını almaq və Kommodusu ədalət qarşısına çıxarmaqdır. Döyüşlərdəki uğurları onun populyarlığını artırır və zamanla Roma xalqının simvoluna çevrilir. Nəhayət, Maksimus Roma İmperatoru Kommodus ilə qarşılaşaraq ondan ədalət tələb edir.


Filmdə  döyüş səhnələri ilə yanaşı, şərəf, sədaqət və xəyanət kimi mövzular da əsas rol oynayır. Film tənqidçiləri bildiri ki, “Qladiator” sadəcə döyüş filmi deyil, həm də dramatik həssaslıqlarla zəngin olan film olaraq kino tarixinin bu mövzuda çəkdiyi ən yaxşı filmlərdəndir. 

 

Pol Meskal, Pedro Paskal və Konni Nielsenin aktyor heyəti ilə ekranlara çıxacaq döyüş filmi olan "Qladiator"un ikinci hissəsi isə imperiyanın Kommodusdan sonra hakimiyyətə gələn Severusun dövründə Afrikada böyüyən kommodusun bacısı Lukillanın köləsi Lukiusun hekayəsindən bəhs edir. 


Yaşadığı yer legionları tərəfindən işğal edilən Lukius Romaya aparılır və qladiator yetişdirən Makrinusa satılır. Lukius arenada, xalqın və imperatorlar Geta və Karakallanın əyləncəsi üçün həyatı üçün mübarizə aparmağa məcbur olur. Getdikcə artan qəzəb hissi ilə Lukius imperiyaya zərbə vurmağa və ən böyük düşməni kimi gördüyü adamdan qisas almağa çalışır.


Filmin vizyona girməsi ilə "Airbnb" şirkəti Roma Kolizeyində keçiriləcək və eyni vaxtda sadəcə 16 nəfərin izləyəcəyi "Qladiator" təcrübəsini təqdim edəcəyini bildirib.


Belə ki, ödənişsiz olduğu bildirilən bu tədbir üçün rezervasiyalar noyabrın 27-də başlasa da, iştirak etmək istəyənlər üçün vacib bir qeyd göstərilib: “Gəlməzdən əvvəl “Qladiator 2” filminə baxmağı unutmayın!”
 

Seçilən
9
modern.az

1Mənbələr