AZ

Koreya Enerji Agentliyinin prezidenti: Mərkəzi Asiya istifadə olunmamış bərpa olunan enerji potensialına malikdir

Mərkəzi Asiya qlobal enerji keçidinə mühüm töhfə verə biləcək nəhəng və istifadə olunmamış bərpa olunan enerji potensialına malikdir.

APA xəbər verir ki, bunu Koreya Enerji Agentliyinin prezidenti Sanqun Li İnvestisiyaların artırılması və Mərkəzi Asiyada enerji keçidinin maliyyələşdirilməsi üzrə regional əməkdaşlığa dair yüksək səviyyəli panel müzakirəsi zamanı deyib.

“Keçən il biz qlobal bərpa olunan enerji potensialında 2022-ci illə müqayisədə 50 faiz artım gördük. Lakin bu artım əsasən inkişaf etmiş ölkələrdə və Çində cəmləşib. Mərkəzi Asiya bir-birini tamamlayan unikal enerji resurslarına malikdir ki, bu da ona bərpa olunan enerji sahəsində transsərhəd əməkdaşlıqdan səmərəli istifadə etməyə imkan verir, iştirakçı ölkələrə çoxşaxəli fayda gətirir” - o əlavə edib.

Seçilən
10
3
apa.az

4Mənbələr