İsrail televiziyasında ABŞ seçkilərində qalib gələn Donald Trampın İsrailə silah və döyüş texnikası ilə bağlı söz verdiyi barədə məlumat yayılıb.
“Cebheinfo.az” xəbər verir ki, ABŞ-nin 47-ci prezidenti seçilən Donald Tramp vəzifəyə gəldiyi ilk gündə İsrailə silah və döyüş texnikasının ötürülməsinə qoyulan bütün məhdudiyyətləri və gecikmələri aradan qaldıracağına söz verib.
İsrailin “Kanal 12” televiziyasında yayımlanan xəbərdə prezident seçkilərindən sonra Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı zamanı ABŞ-nin Təl-Əvivə silah transferlərinin müzakirə olunduğu qeyd edilib.
Qeyd edək ki, prezident seçildikdən sonra Trampla Netanyahu üç dəfə telefonla danışıb.
Tramp 2025-ci il yanvarın 20-də Ağ Evdə prezident səlahiyyətlərinin icrasına başlayacaq.