İspaniyada qocalar evində yanğın baş verib.
News24.az xəbər verir ki, regional hökumət sözçüsü ölkənin şimalındakı Villafranca del Ebro qəsəbəsində baş verən yanğınla bağlı açıqlama verib.
Onun sözlərinə görə, yanğın yerli vaxtla səhər saat 5 radələrində "Jardines de Villafranca" adlanan yaşlı insanlar üçün iqamətgahda başlayıb və yanğınsöndürənlərə yanğını söndürmək üçün bir neçə saat lazım olub.
Yanğın baş verən zaman binada ən azı 80 nəfərin olduğu, binanın "çətin çatmaqda olan" hissəsində başlayan yanğının nəzarətə götürüldüyü bildirilib.
Mətbuat katibi ölənlərin hamısının qocalar evinin sakinləri olub-olmadığını deyə bilməyib.
Bir nəfərin vəziyyəti ağır olduğu halda, bir çox insan tüstüdən zəhərlənərək müalicə olunub.
Rəsmi bildirib ki, hadisə yerində yanğınsöndürənlər, təcili yardım maşınları və polislər olub. Yanğının səbəbləri hələ də araşdırılır.
Günel Məlikzadə