AZ

Orban Aİ-nin Rusiyaya qarşı sanksiyalarına yenidən baxmağa çağırıb

Avropa İttifaqı blokun iqtisadi rəqabət qabiliyyətinə xələl gətirən yüksək enerji qiymətlərini dəstəkləyən Rusiya Federasiyasına qarşı sanksiyaları yenidən nəzərdən keçirməlidir.

Editor.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib. Aİ liderləri keçən həftə qeyri-rəsmi sammitində rəqabətqabiliyyətliliyə dair bəyannamə imzalayıblar.

Noyabrın 12-də Britaniyanın “The Independent” internet nəşri yazıb ki, Ukrayna ABŞ-ın seçilmiş prezidenti Donald Trampın rəhbərlik etdiyi yeni alyansın təsiri altında Qərbdən yardım almağı dayandıra bilər. Nəşr qeyd edib ki, Trampın bir çox məsələlərdə, o cümlədən sülh məsələlərində Budapeştlə fikirləri üst-üstə düşür və beləliklə, yeni əməkdaşlıq imkanları yaranıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
5
editor.az

1Mənbələr