AZ

Maliyyələşdirmə iqlim fəaliyyətini sürətləndirmək üçün əsas amildir - OECD

Bakı. Trend:

İqlim tədbirlərinin sürətləndirilməsi üçün maliyyələşdirmə əsasamildir.

Trend xəbər verir ki, bunuİqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ətraf mühit üzrədirektoru Co Tindall "İqlim tədbirləri üçün səfərbərlik: ParisSazişini həyata keçirən ölkələr, çoxtərəfli maliyyə təşkilatları vəözəl sektor" mövzusunda keçirilən panel müzakirə zamanıbildirib.

"Maliyyələşdirmə Paris sazişinin məqsədlərinə çatmaq üçün ənmürəkkəb maneələrdən biri olaraq qalır. Maliyyə iqlim tədbirlərininsürətləndirilməsi üçün kritik faktordur. Lakin Paris sazişininməqsədlərinə çatmaq üçün mövcud texniki həllərə baxmayaraq,maliyyələşdirmə nə lazımi sürətlə, nə də lazımi miqyasda həyatakeçirilir", - deyə o bildirib.

C.Tindallın sözlərinə görə, OECD son zamanlar ümumimaliyyələşdirmənin Paris Sazişinin məqsədləri ilə uyğunluğunutəhlil edən hesabat yayımlayıb. Hesabatda qeyd olunur ki, sonillərdə vəziyyətin yaxşılaşmasına baxmayaraq, ümumimaliyyələşdirmənin yalnız kiçik bir hissəsi açıq şəkildə sazişinməqsədlərinə uyğundur. Əhəmiyyətli bir hissə bu məqsədlərə uyğundeyil, eyni zamanda, maliyyələşdirmənin tələblərə cavabverib-vermədiyini müəyyənləşdirmək çətin olan böyük bir "boz zona"mövcuddur.

"Maliyyələşdirmə boşluğu o qədər böyükdür ki, onu yalnız özəlinvestisiyalar vasitəsilə aradan qaldırmaq mümkündür. Ümumimaliyyələşdirmə və investisiyaların təxminən 80 faizi özəlsektordan gəlməlidir", - deyə o əlavə edib.

O qeyd edib ki, OECD-nin 2022-ci ildə inkişaf etmiş ölkələrtərəfindən təqdim olunan illik 100 milyard dollar məqsədinəçatmaqla bağlı son hesabatı göstərib ki, bu məbləğin yalnız 18faizi özəl sektordan daxil olub.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
26
1
az.trend.az

2Mənbələr