1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"İnter Mayami" klubunun və Argentina millisinin ulduz hücumçusu Lionel Messi DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində qarşılaşdıqları Paraqvay ilə matçın baş hakimini təhqir edib.
Oxu.Az "Goal"a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu qayda pozuntusundan sonra rəqib futbolçunun cəzalandırılmasını tələb etsə də, hakim fərqli qərar verib.
Buna qəzəblənən Messi hakimə özünü biabır etdiyini və ondan xoşu gəlmədiyini deyib.
Qeyd edək ki, görüş Paraqvay yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. 11 turdan sonra Argentina 22 xalla turnir cədvəlində ilk pillədədir. Paraqvay yığması isə 16 xalla altıncıdır.