AZ

Bu platforma qadağan oluna bilər

Məşhur canlı yayım platforması “Twitch” Rusiya Rabitə Nəzarəti Agentliyi “Roskomnadzor”un beş xəbərdarlığına məhəl qoymadıqdan sonra ona yeni xəbərdarlıq göndərilib. 

"Cebheinfo.az" –nun “Novye İzvestiya” portalına istinadən xəbərinə görə, “Twitch”-in xəbərdarlığa məhəl qoymayacağı təqdirdə giriş qadağası ilə üzləşəcəyi gündəmdədir. Portal vəziyyətin əvvəllər bloklanmış Discord platformasının qadağan edilməsindən əvvəlki prosesə bənzədiyinə diqqət çəkib. Hazırda “Twitch” Rusiyada yavaşlamadan və bloklanmadan fəaliyyətini davam etdirir. 

“Twitch” qadağan edilmiş məzmunu silmədiyinə görə dəfələrlə cərimələnib. Şirkətin ödəməli olduğu cərimələrin məbləği 40 milyon rubl təşkil edir. Lakin bu cərimə hələ də ödənilməyib. 

Roskomnadzor axtarış sistemlərindən istifadəçilərinə “Twitch-in Rusiya qanunlarını pozması barədə məlumat vermələrini tələb edərək platformaya qarşı əlavə sanksiyalara başlayıb. 

Seçilən
7
cebheinfo.az

1Mənbələr