AZ

COP for Hope: İstəyimiz odur ki, bütün ölkələr öz təhsil sistemlərində iqlim dəyişiklikləri mövzusunu tətbiq etsinlər - Nazir müavini

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz elm və təhsil nazirinin müaviniHəsən Həsənlidir.

O, Trend-ə açıqlamasında bildirib ki, müxtəlif ölkələrin öz təhsilsistemlərində iqlim dəyişiklikləri mövzusunu tətbiq etmələrini,məzmunlarını, qiymətləndirmə siyasətlərini buna uyğunlaşdırmalarınıistəyirlər.

Həsən Həsənli, təhsil sektorunun da iqlim dəyişiklikləri iləbağlı görüləcək işlərin tərkib hissəsi olduğunu bildirib:

"Bildiyiniz kimi, COP29 çərçivəsində bütün dünya Bakıya təşrifbuyurub. Əlbəttə ki, təhsil də iqlim dəyişiklikləri ilə bağlıgörüləcək işlərin tərkib hissəsidir. Təhsillə bağlıpartnyorlarımızla bir yerdə ayın 18-i bir neçə tədbirimiz olacaq.Onlardan əsas gözləntimiz bundan ibarətdir ki, beynəlxalqqiymətləndirmələrdə iştirak edən ölkələrlə bir yerdə razılığa gələkki, bütün beynəlxalq qiymətləndirmələrdə iqlim dəyişikliyi mövzusuhəmin suallara və həmin məzmuna inteqrasiya olunsun. Beləliklə,müxtəlif ölkələr öz təhsil sistemlərində bu praktikaları tətbiqetməyə, məzmunlarını, qiymətləndirmə siyasətlərini bunauyğunlaşdırmağa başlasınlar və biz bu mövzunun ilk növbədəümumtəhsil müəssiələrində əhəmiyyətini, müzakirə sayınıartıraq".

"Bundan əlavə, bizim ali təhsillə də bağlı "QS" reytinqagentliyi il birlikdə təşəbbüsümüz var. Onlar COP29-da növbəti ilindünyanın aparıcı universitetlərinin reytinqini elan edəcəklər. Bureytinq ilk növbdə həmin universitetlərin dayanıqlığı siyasətləriilə bağlıdır. Düşünürük ki, bu da önəmli bir addım olacaq ki, alitəhsildə iştirak edən tərəfdaşlar bu istiqamətə öz diqqət vətöhvələrini artırsınlar", - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
16
2
az.trend.az

3Mənbələr