AZ

COP29: Qırğızıstan yaşıl enerji təşəbbüslərini dəstəkləyir

COP29 çərçivəsində təşkil olunan Mərkəzi Asiyada Enerji Keçidi üzrə İnvestisiya Forumunda Qırğızıstanın energetika naziri Taalaibek Ibraev, Azərbaycan tərəfinin yaşıl enerji dəhlizləri, təmiz enerji saxlama zonaları və iqlim maliyyəsi sahəsindəki təşəbbüslərini dəstəkləməyə hazır olduqlarını bəyan edib.

Fins.az xəbər verir kiNazir, bərpa olunan enerji layihələrinin həyata keçirilməsinin regionda su ehtiyatlarının daha səmərəli istifadəsi və ekoloji cəhətdən təmiz enerji istehsalı üçün mühüm addım olacağını vurğulayıb.

Ibraev, həmçinin, Mərkəzi Asiya çaylarının mənbələrindəki “Kambarata -1” Su Elektrik Stansiyasının tikintisi layihəsinin əhəmiyyətini qeyd edərək, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın birgə səyləri ilə bu layihənin uğurla həyata keçiriləcəyinə inandığını bildirib. O, yaşıl enerji gündəmi ətrafında gücləndirilmiş əməkdaşlığın, hökumətlər, özəl sektor və beynəlxalq maliyyə institutları arasında tərəfdaşlıq layihələrinin inkişafını sürətləndirəcəyini vurğulayıb.

Zemfira Ms
Fins.az

Seçilən
13
fins.az

1Mənbələr