"Evlərdə dəm qazı əleyhinə olan dedektiv həm də qaz sızması əleyhinə olan dedektiv olmalıdır"
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bunu News365.az-a deyib.
"Qaz təsərrüfatı olan evlərdə mütləq həm dəm qazı əleyhinə olan dedektiv həm də qaz sızması əleyhinə olan dedektiv olmalıdır. Bu qanunvericilikdə də təsbit olunub. Dəm qazı əleyhinə olan dedektiv, dəm qazı əmələ gələndə xüsusi səs siqnali vasitəsilə məlumat verir. Standartlara cavab verməyən qaz cihazları, otada havalandırmanın olmaması, tüstü bacalarının işlək vəziyyətdə olmaması yanma prosesinə təsir edən amillərdir. Nəticədə dəm qazı əmələ gəlir.
Ümumiyyətlə qaz avadanlığının quraşdırılması birmənaı yolverilməzdir. Quraşdırılıbsa belə, mütləq orda havalandırma olmalıdır"
News365.az