AZ

Xəzər dənizində külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı

Bakı. Trend:

COP29 çərçivəsində Azərbaycan Respublikasının Dövlət NeftŞirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və SəudiyyəƏrəbistanın “ACWA Power” şirkətləri arasında Xəzər dənizininAzərbaycan sektorunda 3,5 giqavatlıq (GVt) külək elektrik enerjisiistehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, bubarədə SOCAR məlumat yayıb.

Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Masdar” şirkətinin başicraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi və “ACWA Power”şirkətinin baş icraçı direktoru Marko Arçelli imzalayıblar.

Nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda dənizdə ilkkülək stansiyaları inşa olacaq. Bu sənəd tərəflər arasında ötən ilNaxçıvanda ümumi gücü 500 MVt olan bərpa olunan enerji mənbələrilayihələrinin həyata keçirilməsi ilə bağlı tərəfdaşlığıngenişləndirilməsinə xidmət edir.

Seçilən
9
37
az.trend.az

10Mənbələr