AZ

SOCAR, "Masdar" və "ACWA Power" şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanın "ACWA Power" şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq (GVt) külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, "Masdar" şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi və "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli imzalayıblar.
Nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olacaq. Bu sənəd tərəflər arasında ötən il Naxçıvanda ümumi gücü 500 MVt olan bərpa olunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı tərəfdaşlığın genişləndirilməsinə xidmət edir.
Seçilən
11
37
oxu.az

10Mənbələr