AZ

İqlimə həssas şəraitdə sülh və dayanıqlılığı gücləndirmək mövzusunda dəyirmi masa keçirilib

“İqlimə həssas şəraitdə sülh və dayanıqlılığı gücləndirmək üçün şəbəkə quruculuğu” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilb.


APA xəbər verir ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “İqlimə həssas şəraitdə sülh və dayanıqlığı gücləndirmək üçün şəbəkə quruculuğu” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, Somalinin ətraf mühit və iqlim dəyişikliyi naziri Xadica Mohamed Al-Maxzoumi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vitse-prezidenti Cayl Karbonier, Böyük Britaniyanın İqlim üzrə xüsusi nümayəndəsi Reyçl Kayl, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaləndirmə İdarəsinin maliyyə və tərəfdaşlıq direktoru Lisa Douten və s. şəxslər iştirak edib.

Tədbirdə münaqişə və böhrandan təsirlənən ölkələrdə iqlimin maliyyələşdirilməsi və uyğunlaşma tədbirlərinin genişləndirilməsi zərurətindən bəhs edilib. Dəyirmi masa münaqişə və ya münaqişəyə meyilli şəraitdə olan ölkələr üçün real tədbirlərin görülməli olduğunu vurğulayıb. Tədbirin sonunda bəyənat imzalanıb. Bəyənatın mətnini Elşad İskəndərov oxuyub.

Mirvari Əzizova

Seçilən
7
1
apa.az

2Mənbələr