AZ

BMT polisinin rəisi: Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq

Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən və ətraf mühitlə bağlı səylərindən razıyıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin polis məsləhətçisi və Birləşmiş Millətlər Təşkilatının polis rəisi Feysal Şakar jurnalistlərə bildirib.

O deyib ki, Azərbaycan bu prosesə tam sadiqlik nümayiş etdirib.

“Bu, BMT-nin təhlükəsizliyi baxımından ekoloji şəraitin yaxşılaşdırılmasına çox kömək edəcək təşəbbüsdür. Mən polis məsləhətçisi və BMT-nin polis rəisi kimi çalışıram. BMT polisi bütün dünyaya yayılıb, təşkilatın missiyalarında, ekoloji cinayətlərin araşdırılması ilə məşğul oluruq. Milli polis qüvvələrini ekoloji problemlərlə mübarizə və ekoloji cinayətlərin araşdırılmasına hazırlayırıq”, - o bildirib.

“Beləliklə, biz məşğulluğun yaxşılaşdırılması prosesində tərəfdaşıq. BMT-nin buradakı təhlükəsizliyi kifayət qədər yaxşıdır", - o bildirib. /report

Seçilən
17
7
bakivaxti.az

8Mənbələr