AZ

Dünyanın ən böyük mərcanı tapıldı

Dünyanın ən böyük mərcanı tapılıb.

Milli.Az xəbər verir ki, indiyə qədər qeydə alınan ən böyük mərcan Sakit Okeanın cənub-qərbində yerləşən Solomon adalarında tapılıb. Meqa mərcanın 300 ildən çox yaşı ola biləcəyi təxmin edilir.

Dünyanın ən böyük mərcanını iqlim dəyişikliyindən necə təsirləndiyini görmək üçün Sakit okeanın ucqar hissələrinə səfər edən National Geographic gəmisində işləyən operator tapıb.

National Geographic tədqiqat ekspedisiyasının mərcan alimi Erik Braun mərcanların olduqca yaxşı göründüyünü bildirib.

Alimlər mərcan suyun altında xüsusi lent ölçüsü ilə ölçüblər. Aşkar edilmiş mərcanın eninin 34 metr, uzunluğunun 32 metr və hündürlüyünün 5,5 metr olduğu qeydə alınıb.

Fidan
Milli.Az

Seçilən
3
milli.az

1Mənbələr