AZ

2030-cu ilə qədər dünya üzrə bərpa olunan enerji sahəsində güclər 2,7 dəfə artacaq - Fatih Birol

Bakı. Trend:

2030-cu ilə qədər dünya üzrə bərpa olunan enerji sahəsindəgüclərin 2,7 dəfə artacağı gözlənilir.

Trend xəbər verir ki, bunuBeynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih BirolCOP29 çərçivəsində enerji təşəbbüsləri üzrə Nazirlər Dialoqu zamanıbildirib.

"Əgər bərpa olunan enerji sahəsində yekun investisiya qərarı(FID) qəbul edilmiş və ya hazırlanma mərhələsində olan bütünlayihələrə baxsaq, bizim təhlilimizə əsasən, hətta ən konservativqiymətləndirmədə belə, 2030-cu ilə qədər dünya üzrə bərpa olunanenerji sahəsində güclər 2,7 dəfə artacaq. Bu, müsbət xəbərdir.

Bundan əlavə, bu il bərpa olunan enerji sahəsində 670 giqavatgüc bazara daxil olacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
9
az.trend.az

1Mənbələr