AZ

"Azərpoçt" MMC Elektrik və ya hibrid nəqliyyatdan istifadə etməyi planlaşdırır

Bakı. Trend:

“Azərpoçt” MMC poçt əməliyyatlarının həyata keçirilməsindəelektrik və ya hibrid nəqliyyat vasitələrindən istifadə etməyiplanlaşdırır.

Trend xəbər verir ki, bunu“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsiMustafayev “Yük daşımalarında qlobal emissiyalara təsir göstərməküçün poçt şəbəkələrindən istifadə” mövzusunda keçirilən panelmüzakirəsində bildirib.

“Azərbaycanın milli poçt operatoru ətraf mühitə təsiri minimumaendirmək üçün iqlim təşəbbüslərini fəal şəkildə həyata keçirir.“Azərpoçt” MMC yanacaq sərfiyyatını və karbon tullantılarınıazaltmaq məqsədilə çatdırılma marşrutlarını optimallaşdırır. Bundanəlavə, biz elektrik və ya hibrid nəqliyyat vasitələrindən istifadəetməyi planlaşdırırıq. Şirkət həmçinin kağız istehlakını azaldır vərəqəmsallaşmanı təşviq edir. Bununla yanaşı, biz kağız istifadəsiniminimuma endirmək üçün çap prosesini optimallaşdırırıq.

Enerji səmərəliliyi, davamlı logistika, kağız istehlakınınazaldılması və beynəlxalq əməkdaşlıq Azərbaycanda poçt sənayesinin“yaşıl” gələcəyini qurmaq üçün inkişafın əsas istiqamətləridir”, -deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
7
1
az.trend.az

2Mənbələr