AZ

Keçmiş nazir: “Ukraynanın dağılması ABŞ üçün rüsvayçılıq olacaq”

Keçmiş

“Əgər Vaşinqton Ukraynaya dəstəyi dayandırmaq qərarına gəlsə, bu, ABŞ üçün Əfqanıstanı tərk etməkdən daha böyük rüsvayçılıq olacaq”.

Reyting.az
xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş xarici işlər naziri Uilyam Heyq deyib.

Keçmiş nazirin sözlərinə görə, prezident Trampın gələcək administrasiyası “Ukraynanın dağılmasına” icazə verərsə, bu, ABŞ-nın nüfuzuna zərbə vuracaq.

Heyq bildirib ki, Tramp Baydeni Əfqanıstan qərarına görə tənqid edir, “ancaq onun qərarı Ukraynanın dağılmasına gətirib çıxararsa, bu, ABŞ üçün daha böyük alçaqlıq olacaq”.

Keçmiş nazir əmindir ki, dünyada Qərbin gücünü saxlamaq Trampın öz maraqlarına uyğundur.

Eyni zamanda, Heyq Tramp administrasiyasını müharibəni “tezliklə həll etmək” və ya “Rusiya üçün faydalı olacaq şərtlərlə həll etmək” ümidlərinə qarşı xəbərdarlıq edib. Onun fikrincə, təmas xəttində müharibənin dondurulması yeni müharibənin əsasının qoyulması demək olacaq.

“Bu, başqa, üçüncü müharibəyə gətirib çıxaracaq, çünki Putin geridə qalanlar üçün yenidən gələcək”, - deyə Heyq öz əminliyini ifadə edib: “Aydındır ki, o, bütün Ukraynanı istəyir, o qədər istəyir ki, yerdə qalan dövlət suveren dövlət kimi fəaliyyət göstərməsin, AB-yə, NATO-ya üzv olmasın, kredit götürməsin, yəni funksional dövlət olmasın”.

Keşmiş nazir əlavə edib ki, ABŞ və NATO-nun təhlükəsizlik zəmanəti olmadan Ukrayna bir dövlət kimi mövcud olmayacaq və iki ildən sonra silahlı qüvvələrini bərpa edib geri qayıdan Putini dayandıra bilməyəcək.

“Siz sadəlövhlüklə deyə bilərsiniz ki, biz 24 saat ərzində sülhü bərqərar edəcəyik. Lakin siz bununla yeni bir müharibənin əsasını qoyarsınız”, - Hayq vurğulayıb.

Heyqin sözlərinə görə, Tramp Ukraynaya yardımı dayandırarsa, Avropa Birliyi və Böyük Britaniya öz yardımlarını gücləndirməli olacaqlar. Lakin diplomatın qeyd etdiyi kimi, bu yardım Amerika yardımını əvəz edə bilməz və müvəqqəti xarakter daşıyır.

Amma eks-nazirin qeyd etdiyi kimi, söhbət təkcə pulla bağlı deyil, həm də texnologiyadan gedir: “Amerika peykləri və Amerika şirkətlərinin proqram təminatı olmasaydı, Ukrayna indiyə qədər tammiqyaslı müasir müharibədə silah arsenalına malik deyildi. Bu, təkcə Ukraynaya aid deyil - ABŞ-nın köməyi olmadan heç bir ölkə özünü müdafiə edə bilməz”.

E. KAMAL
Seçilən
25
2
reyting.az

3Mənbələr