Noyabrın 5-də keçirilən seçkilərdə ABŞ-da yenidən prezident seçilən Donald Trampın vəzifəyə başlayacağı gün ilk işi müəyyənləşib.
News365.az xəbər verir ki, ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp vəzifəsinin ilk günündə İsrailə silah və döyüş texnikasının ötürülməsinə qoyulan bütün məhdudiyyətləri və gecikmələri aradan qaldıracağına söz verib.
Tramp ailəsi ilə belə görüntüləndi - FOTOlar ABŞ-ın müdafiə naziri namizədindən qəribə açıqlama: "10 ildir əllərimi yumuram" - VİDEO İsrail mediası Trampın bu vədi prezident seçkilərindən dərhal sonra Netanyahu ilə telefon danışığında verdiyini yazıb.
Qeyd edək ki, ABŞ-da noyabrın 5-də keçirilən seçkilərdə prezident seçildikdən sonra Trampla Netanyahu üç dəfə telefonla danışıb. Tramp 2025-ci il yanvarın 20-də Ağ Evdə prezident səlahiyyətlərinin icrasına başlayacaq.