AZ

SOCAR yaşıl istiqraz buraxmağa başlayıb

Bakı. Trend:

SOCAR yerli maliyyə bazarında yaşıl istiqrazların emissiyaedilməsinə başlayıb.

Trend xəbər verir ki, bubarədə SOCAR məlumat yayıb.

Bildirilib ki, son illər Ətraf mühit, Sosial məsuliyyət vəKorporativ İdarəetmə (ESG) sahəsində yeni çağırışlar və bu sahədəartan uyğunluq tələbləri çərçivəsində dünya maliyyə bazarlarınamaliyyə alətlərinin cəlb edilməsi proseslərində beynəlxalqstandartların tətbiqini labüd edir:

"Bu xüsusda, şirkətlərin ESG standartlarının tətbiqinə diqqətiartmaqdadır. SOCAR sözügedən tələblərin icrasının təmin edilməsiməqsədilə son illərdə ESG tətbiqi prosesində dərəcələndirməninhəyata keçirilməsini təmin edib və qiymətləndirmə miqyasında birsıra oxşar şirkətlərlə müqayisədə üstün yer alıb. Bununla da, SOCARbeynəlxalq standartlar çərçivəsində öz borclarının düzgünidarəedilməsində ESG standartlarının tətbiqi prosesindən faydalanmakomponentini nəzərə alır və yaşıl maliyyələşmə imkanlarına daüstünlük verir.

Bu isə SOCAR-ın strateji bərpaolunan enerji layihələrininsəmərəli idarə edilməsindən, bu sahədə beynəlxalq tərəfdaşlar iləəməkdaşlıq imkanlarının genişləndirilməsindən, habelə neft-qazəməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdənibarətdir.

Emissiya vasitəsilə cəlb ediləcək vəsait şirkətin yaşılgündəliyinə daxil olan layihələrin maliyyələşdirilməsinəyönəldiləcək. Bununla bağlı SOCAR tərəfindən bütün hazırlıq başaçatdırılıb, o cümlədən ESG reytinqi alınıb, kredit reytinqiyaxşılaşdırılıb.

SOCAR gələcəkdə də ESG standartlarının artan tələblərini,beynəlxalq müstəvidə korporativ idarəetmənin əsas şərtlərindən olanşəffaflığın ardıcıl və davamlı təmin edilməsi üçün yaşıl maliyyəalətlərindən istifadə edilməsinin həyata keçirilməsinə üstünlükverir və borc portfelində bu tipli maliyyələşdirmələrin xüsusiçəkilərinin mümkün həddə artırılmasını hədəfləyir".

Seçilən
27
21
az.trend.az

10Mənbələr